12 
İyl
2018
17:46
98
44
1558
Virtual karabakh

Almaniya Puçdemonu İspaniyaya verəcək

12 İyl, 2018
17:46
1558

Almaniya Puçdemonu İspaniyaya verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Şlezviq-Qolşteyn federal məhkəməsi dövlət vəsaiti israf etməkdə ittiham olunan kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemonun İspaniyaya verilməsi ilə bağlı qərar qəbul edib. 

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı instansiyanın məlumatında bildirilib. 

Eyni zamanda, məhkəmə Puçdemonun qiyama təhrik etmək maddəsi ilə ittiham olunmasına qarşı çıxıb. Bununla da İspaniya onu bu ittihamla mühakimə edə bilməyəcək. 

Qeyd edək ki, ötən ildə Kataloniyada müstəqillik referendumu keçirən katalan lider separatçılıqda ittiham edilirdi və ötən aylarda İspaniyanın tələbi ilə Almaniyada həbs edilib. Almaniya hökuməti isə Karles Puçdemona qarşı separatçılıq ittihamını irəli sürməkdən imtina edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri