12 
İyl
2018
19:54
43
184
1819
Virtual karabakh

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək

12 İyl, 2018
19:54
1819

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib ki, rəhbərlik etdiyi qurumun Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək planları yoxdur.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Mnuçin Nümayəndələr Palatasında çıxışı zaman bildirib.

“KXDR-in ABŞ-ın sanksiyalarının ləğvi üçün hansı addımları atacağına və ya atmayacağına dair fikir bildirməyəcəm. Lakin mətbuatda yazılanlara inanmayın”, - Mnuçin deyib.

Birləşmiş Ştatların prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında iyunun 12-də baş tutan görüş iki ölkə tarixində ilk sammit olub.

Görüşün nəticələrinə görə Tramp bəyan etmişdi ki, Koreya yarımadasının nüvə silahından azad olması prosesi qısa zamanda başlayacaq.

 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri