13 
İyl
2018
16:52
329
44
3103
Virtual karabakh

Səfir: Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb

13 İyl, 2018
16:52
3103

Səfir: Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FETÖ terror təşkilatına ağır zərbələr vurulub. Türkiyədə də, Azərbaycanda da FETÖ terror təşkilatının beli qırılıb. Bundan sonra da FETÖ təşkilatına qarşı mübarizə davam etdiriləcək.

Oxu.Az məlumat verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. 

 Onun sözlərinə görə, Azərbaycan dövləti FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman səmimi olub: 

“Məhz buna görə Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinə  öz təşəkkürümü bildirirəm”.

Səfir 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd edildiyini xatırladıb və vurğulayıb ki, türk xalqı həmin gün bu xain cəhdə öz layiqli cavabını verib: 

“15 iyul Türkiyənin tarixində mühüm qəhrəmanlıq günü idi.

Təəssüf ki, həmin vaxt 250 nəfər vətəndaşımız şəhid oldu. FETÖ terror təşkilatı 40 ildə dövlətin içinə yerləşib və 15 iyul 2016-cı ildə hakimiyyəti ələ keçirməyə cəhd edib.

Bu həmlə heç vaxt cəzasız qala  bilməzdi. Təşkilatın rəhbərlərindən olan 661 nəfər barəsində müvafiq qərar qəbul edilib, 101 iş üzrə istintaq aparılır.

Eyni zamanda, FETÖ-ya qarşı  həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri