14 
İyl
2018
11:04
454
46
2738
Virtual karabakh

“Coca-Cola” və “Pepsi” Ukraynada fəaliyyətini dayandıra bilər

14 İyl, 2018
11:04
2738

“Coca-Cola” və “Pepsi” Ukraynada fəaliyyətini dayandıra bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada “Coca-Cola”, “PepsiCo” və “Carlsberg” müəssisələri içməli suyun təmizlənməsi ilə bağlı yaranan problemlərə görə bağlanma təhlükəsi ilə üzləşib. Məhsulların istehsalı dayandırıla bilər.

Oxu.Az xəbər verir ki, bunu iyulun 13-də Avropa Biznes Assosiasiyasının müdir müavini Svetlana Mixaylovskaya bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik qaydalarına əsasən, şirkətlər öz zavodlarında xlor saxlaya bilmirlər və onun tədarükü ilə bağlı çətinliklər yaranıb. 

İyulun əvvəlində Ukrayna paytaxtının sakinlərini içməli su ilə təmin edən “Kiyevvodokanal”  suyun dezinfeksiyası ilə bağlı çətinliklərin olduğunu bildirib. Bu da ölkədə mərkəzləşdirilmiş su təchizatının kəsilməsinə səbəb ola bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri