14 
İyl
2018
13:05
149
26
2107
Virtual karabakh

Avropada sərhəd polisi yaradılacaq

14 İyl, 2018
13:05
2107

Avropada sərhəd polisi yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 12-də Avstriyanın İnnsbruk şəhərində Avropa İttifaqı ölkələri daxili işlər və ədliyyə nazirlərinin qeyri-formal toplantısı keçirilib.

Oxu.az xəbər verir ki, Avstriyanın Aİ Şurasına sədrliyi dövründə baş tutan ilk geniş tərkibli nazirlər toplantısında əsas müzakirə mövzusu Avropanın xarici sərhədlərinin qorunması, qaçqın və miqrasiya problemləri olub.

Avstriyanın daxili işlər naziri Herbert Kikl birgə mətbuat konfransında bildirib ki, hal-hazırda Aİ daxilində qaçqınlar və miqrasiya məsələlərində yaranmış dinamikadan istifadə edərək, mühüm qərarların qəbulu üçün zaman yetişib. O, qaçqın və miqrasiya problemlərinin bir çoxları tərəfindən Aİ-nin gələcək aqibətini həll edəcək suallar kimi dəyərləndirildiyini də diqqətə çatdırıb.

Əsas məqsədin Şengen məkanını xilas etmək və Avropa ölkələri arasında sərhəd nəzarəti olmadan gediş-gəlişin tam şəkildə bərpa olunmasına çalışmaq olduğunu vurğulayan nazir bunun üçün böhranlara davamlı xarici sərhəd mühafizəsi və qaçqın qəbulu sisteminin mövcudluğunu əsas şərt kimi qeyd edib.

Nazirlərin toplantısında Aİ sərhəd mühafizəsi agentliyinin (FRONTEX) səlahiyyətlərinin gücləndirilməsi, müvafiq mandat və büdcə ilə təmin edilməsi barədə razılıq əldə edilib.

Avropa İttifaqının daxili işlər üzrə komissarı Dimitris Avramopoulus isə qeyd edib ki, 2020-ci ilədək Aİ sərhəd polisi 10 min əməkdaşı əhatə edən ayrıca bir quruma çevriləcək. Eyni zamanda qaçqınların mənşə və tranzit ölkələrində də qaçqın axınını dayandırmaq üçün müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri