15 
İyl
2018
00:46
57
94
1690
Virtual karabakh

Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

15 İyl, 2018
00:46
1690

Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan parlamenti şənbə günü baş nazir Mamuko Baxtadzenin rəhbərliyi ilə keçirilən növbədənkənar iclasda hökumətin yeni tərkibinə etimad göstərib.

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə,  yeni hökumətin lehinə 101, əleyhinə isə 12 deputat səs verib.

Gürcüstanın yeni hökuməti 10 nazirlik və bir dövlət naziri aparatından ibarət olacaq.

Əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə üç yeni nazir təmsil olunub. Bunlar iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və maliyyə naziri İvane Maçavarianidir.

Digər nazirlər isə yeni hökumətdə öz vəzifələrini saxlayıblar. Bunlara xarici işlər naziri David Zalkaliani, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, daxili işlər naziri Giorgi Qaxariya, ədliyyə naziri Tea Tsulukiani, müdafiə naziri Levan İzoria, qaçqınlarla iş, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko və  ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili daxildir.

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də vəzifəsində qalıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri