15 
İyl
2018
16:31
279
27
4018
Virtual karabakh

Rusiya estafeti Qətərə verdi – FOTO/VİDEO

15 İyl, 2018
16:31
4018

Rusiya estafeti Qətərə verdi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kremldə 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsilə bağlı təntənəli mərasim keçirilib.

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, Qətər əmiri Təmim ben Həmad əl-Tani və FİFA prezidenti Canni İnfantino iştirak ediblər.

Mərasim zamanı Putin dünya çempionatı 2018-də Fransa və Xorvatiya yığmalarının oynayacağı topu Qətər əmirinə verib.

“Rusiya keçirilən dünya çempionatı sona çatır. Bu idman növü ilə bağlı təşkil etdiklərimizlə fəxr edirik. Ölkə olaraq futboldan, futbol ilə dünyadan və azarkeşlərdən böyük həzz aldıq”, - deyə Putin bildirib.

Həmçinin Putin Dohada Rusiya kimi mundialın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Putin sonda sözlərinə əlavə edib ki, “futbol ən humanist missiyasını – insanları birləşdirməyi yerinə yetirdi”.

 

 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri