16 
İyl
2018
09:45
391
33
19312
Virtual karabakh

ABŞ azərbaycanlının dizaynı əsasında “Tank” hazırladı - FOTO/VİDEO

16 İyl, 2018
09:45
19312

ABŞ azərbaycanlının dizaynı əsasında “Tank” hazırladı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ azərbaycanlı Samir Sadıqovun dizaynı əsasında yeni “Tank” hərbi yolsuzluq avtomobilini təqdim edib. 

Oxu.Az xəbər verir ki, ABŞ-ın “Rezvani Motors” şirkətinin hazırladığı “Tank” 2017-ci ildən bəri buraxılan ilk yolsuzluq avtomobilidir. 

Şirkətin saytında dərc olunan məlumata görə, avtomobilin dizayneri Gəncə sakini, İtaliyanın Dizayn institutunun məzunu Samir Sadıqovdur. 

Samir Sadıqov uzun illərdir avtomobillərin dizaynının hazırlanması ilə məşğuldur. Bu, Sadıqov tərəfindən Amerika şirkətinə təqdim olunan sayca 3-cü layihədir. O, həmçinin, Volkswagen, Ferrari və Lamborghini kimi dünya nəhəngləri ilə əməkdaşlıq edib. 

“Tank Military Edition” adını almış avtomobil “Tank” modelindən zirehli kuzovu, əlavə müdafiə vasitələri və 717 at qüvvəli V8 Hellcat mühərriki ilə fərqlənir.

Yeni model avtomobil zirehli kapsulaya və hücum tüfənginin atəşinə davam gətirən şüşələrə sahib olub. Avtomobilin akkumulyator batareyası və yanacaq çəni də kevlardan hazırlanmış müdafiə örtüyü ilə təchiz edilir. “Tank Military Edition” avtomobilinin altı da partlayışlardan müdafiəni təmin etmək üçün gücləndirilib.

“Tank Military Edition” modelinin təchizatına radiatorun müdafiəsi, hərbi şinlər, çıxan qapı dəstəkləri, tüstü qatı sistemi, gecə görüntü sistemi, gözqamaşdıran işıqlar, stroboskoplar, sirena, əleyhqazlar, ilk yardım dəsti və soyuqdan müdafiə sistemi daxildir. Əlavə avadanlıq siyahısına bir neçə növ tənzimlənən asqı sistemi, interyer tərtibatı və rəng həlləri daxil edilib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri