20 
İyl
2018
15:48
64
469
9662
Virtual karabakh

Paşinyan Azərbaycanla müharibəyə görə məsuliyyəti Rusiyanın üzərinə atdı

20 İyl, 2018
15:48
9662

Paşinyan Azərbaycanla müharibəyə görə məsuliyyəti Rusiyanın üzərinə atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan baş naziri Nikol Paşinyan inanmır ki, hərbi əməliyyatların yenidən başlanması ilə bağlı real təhlükə yarandıqda Rusiya müdaxilə etməyəcək. 

Oxu.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bununla bağlı keçirdiyi mətbuat konfransında danışıb. 

Paşinyanın sözlərinə görə, regionda müharibə təhlükəsi hələ də var və buna hər zaman hazır olmaq lazımdır. Ancaq Paşinyan Rusiya faktorunu unutmamağa çağırıb. 

“Düşünürəm ki, biz hamımız başa düşürük ki, Rusiya Federasiyası super güc kimi bölgəmizdə müharibənin yenidən başlamasına qarşıdır. Mən təkrar edə bilərəm ki, Rusiya Ermənistanın dostu və strateji tərəfdaşıdır və regionda hərbi əməliyyatlara imkan verməyəcək. ”, - o bildirib. 

Ümumilikdə, Nikol Paşinyan regiondakı hərbi-siyasi vəziyyəti gərgin qiymətləndirdirb və atəşkəsin pozulması statistikasına fikir verməməyə çağırıb. Onun fikrincə, bu statistika reallığı əks etdirmir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri