21 
İyl
2018
12:49
35
680
10201
Virtual karabakh

Türkmənbaşının qohumları bütün sərnişinləri təyyarədən endirdi

21 İyl, 2018
12:49
10201

Türkmənbaşının qohumları bütün sərnişinləri təyyarədən endirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkmən aviaşirkəti”nin onlarla sərnişinləri Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun qohumlarına görə reysdən istifadə edə bilməyib. Prezidentin qohumları sərnişinləri təyyarədən endirərək, özləri laynerlə uçublar. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Azadlıq Radiosu”nun türkmən xidməti məlumat yayıb. 

Məlumatlara görə, hadisə Türkmənabad-Aşqabad istiqamətində uçmalı olan təyyarədə bir ay əvvəl baş verib. 

“Prezidentin yaxın qohumu öz ailəsi ilə birlikdə 4 günlük Koytendaqa istirahətə gəlib. Geri qayıdan zaman isə onlara ayrılmış xüsusi təyyarə vaxtında gəlməyib. Bunun əvəzində isə prezidentin qohumları sərnişin təyyarəsi ilə geri qayıdıb. Təyyarədən endirilən sərnişinlərə isə heç bir açıqlama verilməyib”, - məlumatda bildirilib. 

Qeyd edilib ki, Berdıməhəmmədovun qohumlarına görə 160 sərnişin növbəti gün başqa təyyarə ilə yola salınıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri