21 
İyl
2018
01:37
66
609
3696
Virtual karabakh

Qəzzada toqquşmalar: İsrail əsgəri və 4 fələstinli öldürüldü - YENİLƏNİB

21 İyl, 2018
01:37
3696

Qəzzada toqquşmalar: İsrail əsgəri və 4 fələstinli öldürüldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail ordusunun bir əsgəri Qəzza zolağında fələstinlilərin açdığı atəş nəticəsində həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçinin ağır yaralandığı, daha sonra isə vəfat etdiyi bildirilir. 

Qeyd olunur ki, məhz bu hücum münaqişənin yenidən alovlanmasına səbəb olub və HƏMAS buna görə cavab verməli olacaq.

23.29

İsrailin Qəzza zolağının cənub hissəsini atəşə tutması nəticəsində üç fələstinli həlak olub, daha bir fələstinli isə anklavın mərkəzində baş verən toqquşmalarda öldürülüb.

Oxu.Az xəbər verir ki, belə bir açıqlama ilə yerli Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidrə çıxış edib.

19.24

İsrail hərbçiləri Qəzza zolağında yerləşən bir neçə hədəfə aviasiya və tanklardan atəş açıblar.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, İsrail ordusunun nümayəndələri bunun Fələstin tərəfindən açılan atəşə cavab addımı olduğunu bildiriblər.

Tərəflərin itkiləri haqqında rəsmi açıqlama verilmir.

“Qəzza zolağının cənubunda meydana gələn iğtişaşlar zamanı hərbçilərə atəş açılıb. İsrail müdafiə ordusu aviasiya və tanklardan istifadə edərək terrorçularz məxsus bir neçə hədəfə zərbələr endirib”, - məlumatda deyilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri