21 
İyl
2018
12:30
14
190
2275
Virtual karabakh

Kiberhücum nəticəsində 160 min xəstənin tibb kartı oğurlandı

21 İyl, 2018
12:30
2275

Kiberhücum nəticəsində 160 min xəstənin tibb kartı oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kütləvi kiberhücum nəticəsində hakerlər Sinqapurun ən böyük klinikası “SingHealth”in 1,5 milyon pasiyentinin məlumatlarına müdaxilə ediblər. Yerli KİV artıq bunu ölkə tarixində ən böyük kiberhücum adlandırıb.

Oxu.Az xarici mediaya istinadən bildirir ki, hakerlər “SingHealth” klinikasının təxminən 1,5 milyon pasiyentinin şəxsi profilini və 160 min xəstənin tibb kartını oğurlayıblar.

Maraqlıdır ki, həmçinin Sinqapurun baş naziri Li Syanlun üçün yazılmış resept də ələ keçirilib. Hakimiyyət nümayəndəsi deyib ki, bu, yaxşı planlaşdırılmış kiberhücum olub.

“SingHealth” klinikasından bildirilib ki, hakerlər pasiyentlərin ad, elektron poçt, doğum tarixi, qeydiyyat nömrələrini ələ keçirsələr də, onların xəstəlikləri haqda informasiya əlçatmaz olub.

Maraqlıdır ki, hakerlər tibbi karta heç bir zərər vurmayıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri