21 
İyl
2018
15:56
207
447
4766
Virtual karabakh

İranda terrorçuların hücumu nəticəsində 10 hərbçi həlak oldu

21 İyl, 2018
15:56
4766

İranda terrorçuların hücumu nəticəsində 10 hərbçi həlak oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin  Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda  Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və  terrorçu qüvvələr postun  silah-sursat  anbarında partlayış törədiblər.

Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri