Avq
2018
22:53
144
86
6310
Virtual karabakh

Rusiya XİN-i Stiven Siqalı işə götürdü

4 Avq, 2018
22:53
6310

Rusiya XİN-i Stiven Siqalı işə götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur Hollivud aktyoru Stiven Siqal Rusiya XİN-də Rusiya-ABŞ humanitar əlaqələri məsələləri üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi səhifəsində bildirilir.

“Vəzifəmiz humanitar sahədə Rusiya-ABŞ münasibətlərinin, o cümlədən mədəniyyət, incəsənət, ictimai və gənclər arasında mübadilələr kimi istiqamətlərdə qarşılıqlı əlaqələrin gələcək inkişafına təkan verməkdir”, - deyə, məlumatda bildirilir.

O da vurğulanır ki, Siqal bu vəzifədə maaş almayacaq.

Qeyd edək ki, Hollivud aktyoru 2016-cı ildən Rusiya vətəndaşıdır. Pasportu ona Rusiya prezidenti Vladimir Putin şəxsən təqdim edib. Eyni ildə aktyor Serbiya vətəndaşı olub. Bundan başqa, onun Amerika vətəndaşlığı da var.

Aktyor döyüş filmlərində oynadığı rollarla yadda qalıb. O, 50-dən artıq filmə çəkilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri