10 
Avq
2018
11:12
171
33
7350
Virtual karabakh

Arvadından xilas olmaq üçün özünü ölülüyə vurdu

10 Avq, 2018
11:12
7350

Arvadından xilas olmaq üçün özünü ölülüyə vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Honduras sakini ondan daim pul tələb edən arvadından qurtulmaq üçün öz ölümünü təqlid edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Mirror” məlumat yayıb. 

Belə ki, ABŞ-da işləyən 27 yaşlı Denni Qonsalez Hondurasda yaşayan həyat yoldaşına şəkil göndərib. Şəkildə Denni özünü ölülüyə vurub. 

O, burnuna pambıq taxıb və üzərinə ağ parça örtüb ki, arvadı onun morqda olduğuna inansın. Bundan başqa, kişi həyat yoldaşına üzərinə gül dəstələri düzülmüş qəbrin şəklini də atıb.

Məlumatda bildirilib ki, Qonsalez “xərçəng və asmadan ölüb”. 

Qonsalezin ölümü ilə bağlı məlumat yerli KİV-lər vasitəsilə onun qohumlarına çatıb. Yaxınları şəkildə Qonsalezin morqda olmadığını bildiriblər. 

Jurnalistlər həmin şəxsi tapıb və o deyib ki, arvadının ondan pul tələb etməsindən bezdiyi üçün bu addımı atıb. Onun sözlərinə görə, qadın hər həftə ona zəng edərək, pul göndərməsini tələb edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri