10 
Avq
2018
13:35
249
46
13502
Virtual karabakh

Gürcüstana qar yağdı – VİDEO

Gürcüstanın kurort bölgəsi olan Qudauriyə qar yağıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Facebook” istifadəçiləri video paylaşıb. 

Qardan əvvəl isə bölgəyə güclü yağış və dolu düşüb. Kazbeqi kəndinin sakininin sözlərinə görə, Rusiya ilə sərhəd bölgələrə də qar yağır. 

“Deyirlər ki, Quduariyə ötən gündən qar yağır. Bizdə də hava əlverişsizdir, gah yağış, gah qar yağır, gah da dolu düşür”, - kənd sakini deyib.