11 
Avq
2018
10:53
457
50
16768
Virtual karabakh

Ərdoğan ABŞ-a xəbərdarlıq etdi

11 Avq, 2018
10:53
16768

Ərdoğan ABŞ-a xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun ticarət tariflərini artırması üçün yeni müttəfiqlər tapmaq niyyətilə bağlı Vaşinqtonu xəbərdar edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı siyasətçinin “The New York Times” nəşrində dərc olunan məqaləsində deyilir. 

Ərdoğanın fikrincə, Ankaraya qarşı birtərəfli addımlar yalnız ABŞ-ın maraqlarını və təhlükəsizliyi poza bilər. 

Türk lider ABŞ hökumətini ölkələr arasında uyğunsuzluq münasibətlərinin mövcudluğunun mümkünlüyü barədə yanlış fikirlərdən imtina etməyə çağırıb.

“Əgər birtərəfli tendensiya tətbiq edilsə, hörmətsizlik uğursuzluğa səbəb olacaq və biz yeni dostlar, müttəfiqlər axtarmalı olacağıq”, - Ərdoğan bildirib. 

Bundan başqa, türk lider Türkiyə ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyaları qəbuledilməz hesab edir. 

ABŞ amerikalı keşiş Endryu Bransonun həbsinə görə türkiyəli dövlət qulluqçularını “insan haqlarını kobud surətdə pozmaqda” ittiham edib. 

Avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminiumun ixracına tətbiq edilən rüsumun 20 faiz, polada isə 50 faiz artırıldığını elan edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri