11 
Avq
2018
16:20
31
199
7457
Virtual karabakh

Qazaxıstan XİN Xəzərdə ABŞ hərbi bazaları haqqında

11 Avq, 2018
16:20
7457

Qazaxıstan XİN Xəzərdə ABŞ hərbi bazaları haqqında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan xarici işlər naziri Kayrat Abdrahmanov ABŞ-la əməkdaşlığın genişləndirilməsi və ölkə ərazisində ABŞ hərbi bazalarının mövcudluğuna dair məlumatları şərh edib.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə “RİA Novosti”yə danışıb.

“Söhbət Əfqanıstan hökumətinə kömək üçün beynəlxalq ictimaiyyətə çox vacib olan əməliyatların davam etdirilməsi məqsədilə Qazaxıstan ərazisindən qeyri-öldürücü yüklərin dəmiryolu vasitəsilə kommersiya tranzitindən gedir. Söhbət Xəzərdə ABŞ-ın, yaxud digər xarici dövlətin hərbi bazasının yerləşdirilməsindən getmir”, – deyə K. Abdrahmanov bildirib.

Abdrahmanovun sözlərinə görə avqustun 12-də Aktauda Xəzəryanı dövlət başçıları tərəfindən imzalanması gözlənilən Xəzərin hüquqi statusuna dair Konvensiyada sahilyanı ölkələrdən başqa digər dövlətlərin silahlı qüvvələrinin Xəzərdə mövcudluğuna icazə verilməməsi prinsipi əks olunub.

XİN rəhbəri həmçinin qeyd edib ki, ölkəsi 2010-2015-ci illərdə Rusiya və Özbəkistanla birgə Amerika yüklərinin tranzitini təmin edib.

“2010-cu ildə imzalanmış Qazaxıstan ərazisindən keçən ticarət dəmiryolunun tranzitinin təmin edilməsi haqqında Qazaxıstan-ABŞ razılaşmasında Rusiya-ABŞ müqaviləsində qüvvədə olan eyni şərtləri nəzərdə tutur”, - deyə K. Abdrahmanov vurğulayıb.

Apreldə Qazaxıstanın Rusiyadakı səfirliyi bu ölkənin bəzi KİV-də Xəzər dənizində ABŞ hərbi bazalarının yerləşdirilməsinə dair yayılmış məlumatı artıq şərh etmişdi..

O zaman “Tengrinews” nəşri xəbər verirdi ki, buna səbəb 2010-cu ildə Qazaxıstan-ABŞ ikitərəfli sazişinə düzəlişlərin edilməsi olub.

Dəyişikliklər Aktau və Kurık limanlarının tranzit marşrutuna daxil edilməsidir ki, bu da Xəzər dənizindən Əfqanıstana dəmir yolu nəqliyyatı ilə daşınmalara imkan verir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri