12 
Avq
2018
10:50
96
46
2608
Virtual karabakh

Maduro Kolumbiyanın sabiq liderini ittiham etdi

12 Avq, 2018
10:50
2608

Maduro Kolumbiyanın sabiq liderini ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela lideri Nikola Maduro bəyan edib ki, ona qarşı təşkil edilən sui-qəsddə Kolumbiyanın eks-prezidenti Xuan Manuel Santos da iştirak edib.

Oxu.Az xəbər verir ki, Maduro avqustun 4-də həyata keçirilən sui-qəsd haqqında əmrin məhz sabiq Kolumbiya lideri tərəfindən verildiyini bildirib. Həmçinin o qeyd edib ki, Santos Venesuelanın müxalif siyasətçilərinin yardımından yararlanıb.

Maduronun fikrincə, Kolumbiyanın keçmiş başçısı Venesuela Milli Assambleyasının üzvü Xulio Borxeslə əlbir olub.

Daha öncə Venesuela DİN tərəfindən sui-qəsddə əli olan 20-dən çox şəxsin müəyyənləşdirildiyi bildirilmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri