13 
Avq
2018
10:13
225
17
7030
Virtual karabakh

30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar

13 Avq, 2018
10:13
7030

30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya ştatında San-Dieqo şəhərindən olan ailə təsadüfən qiyməti 30 min dollardan artıq olan üzüyü zibilliyə atsa da, kommunal xidmətlər onu tapmaqda yardımçı olublar.

Oxu.Az-ın məlumatına görə, üzük evdə təmizlik apararkən zibil yeşiyinə atılıb.

Ev sahibləri itkidən xəbər tutana kimi yeşik artıq zibilliyə aparılıb.

Ailə kömək üçün şəhər rəhbərliyinə müraciət edib. İşçilər GPS-in köməyilə hansı zibildaşıyanın onların məhəlləsinə gəldiyini müəyyənləşdirib və beləliklə, zibilin töküldüyü yeri taparaq, qısa vaxtda üzüyü aşkarlayıblar.

“Bəzən nəyisə tapmaq üçün üç, yaxud dörd saat lazım olur. Bəzən isə tapmaq mümkün olmur, - deyə San-Dieqo rəhbərliyinin nümayəndəsi bildirib. – 30 min dollarlıq üzüyü dörd dəqiqəyə tapmaq – heç də pis deyil”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri