13 
Avq
2018
10:29
14
151
1431
Virtual karabakh

Tacikistan dağlarında alpinistlərin olduğu helikopter düşdü

13 Avq, 2018
10:29
1431

Tacikistan dağlarında alpinistlərin olduğu helikopter düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tacikistanda rusiyalı, belaruslu və ispan alpinistlərin olduğu “Mi-8” helikopteri Fortanbek buzlağına sərt eniş edib.

Oxu.Az xəbər verir ki, helikopter İsmoili Somoni zirvəsinə çıxacaq alipinistləri buzlağın ətəyində yerləşən düşərgəyə aparırmış.

Qeyd edək ki, “sərt eniş” qəzaya uğrama və qəza enişi arasında ortalıq bir şeydir.

Hazırda ən azı bir nəfərin öldüyü məlumdur. Helikopterdə 13 rusiyalı, belarus və ispanla yanaşı, Tacikistan vətəndaşları olan heyət üzvləri də qalıb. Onlar “yer” ilə əlaqəyə çıxaraq, gecə qalmaq üçün düşərgə qurduqlarını bildiriblər.

“MİR 24” telekanalının məlumatına görə, xilasedici və həkimlərin olduğu iki göyərtə qəza enişi yerinə yola düşüb.

İsmoili Somoni zirvəsi Tacikistanın ən hündür yeridir – onun hündürlüyü 7495 metr təşkil edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri