13 
Avq
2018
11:50
38
221
2549
Virtual karabakh

ABŞ-ın raket gəmisi Qara dənizdə

13 Avq, 2018
11:50
2549

ABŞ-ın raket gəmisi Qara dənizdə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Tomahawk” və “Harpoon” raket sistemləri ilə təchiz olunmuş gəmisi “USS Carney” Qara dənizə daxil olub.

Oxu.Az xəbər verir ki, gəmi dənizdə təhlükəsizliyin təmin olunması və regiondakı müttəfiq və tərəfdaşların uzlaşmasını möhkəmləndirilməsi üzrə əməliyyat keçirir.

“Carney”in Qara dənizə gəlməsi bizim regionda təhlükəsizlik və sabitliyə sadiqliyimizi nümayiş etdirir. Biz orada olacağımız vaxt tərəfdaş dövlətlərlə uzlaşmanı, həmçinin informasiya və təcrübə mübadiləsini artırmış olacağıq”, - deyə Tayson Yanq bildirib.

Qeyd edək ki, “Carney” ABŞ-ın “Arleigh Burke” tipli döyüş gəmisidir. O, “Aegis” raketdən müdafiə sistemi, “Tomahawk” və “Harpoon” raketləri, həmçinin hava hücumundan müdafiə, sualtı aşkarlama və hücum sistemləri ilə təchiz olunub. Gəmi iki ədəd “Sikorsky MH-60R” hücum helikopteri daşıya bilər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri