14 
Avq
2018
10:51
136
11
7658
Virtual karabakh

Ağır yük maşının üzərinə düşdü: möcüzə nəticəsində sağ qaldılar - VİDEO

14 Avq, 2018
10:51
7658

Ağır yük maşının üzərinə düşdü: möcüzə nəticəsində sağ qaldılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailanda polad sütun avtomobildən bir neçə santimetr aralıda yerə düşüb.

Oxu.Az xəbər verir ki, hadisənin videogörüntüləri “Daily Mail” nəşrində yayılıb.

Çəkisi dörd tondan çox olan polad sütun qəflətən qaldırıcı krandan qopur və “Mercedes” markalı ağ rəngli avtomobilin qarşısında yerə düşür. Hadisədən dərhal sonra sürücü və sərnişini maşından çıxır. Kişi qadının özünü pis hiss etdiyi görünür və onu qucaqlayır.

Kadrları arxadan gələn avtomobilin sürücüsü çəkib.

Bildirilir ki, hadisədən sonra biləyindən xəsarət almış sərnişin xəstəxanaya yerləşdirilib. Sürücü xəsarət almasa da, hər ikisi şok vəziyyətinə düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri