14 
Avq
2018
11:18
116
87
2489
Virtual karabakh

Qazaxıstanda azərbaycanlı brakonyerlərə hökm oxundu

14 Avq, 2018
11:18
2489

Qazaxıstanda azərbaycanlı brakonyerlərə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Xəzər dənizinin Qazaxıstan sektorunun ərazi sularında saxlanılmış dörd Azərbaycan vətəndaşı nərə balıqlarının qanunsuz ovuna görə altı ay azadlıqdan məhrum edilib.

Oxu.Az xəbər verir ki, hakim Azərbaycan vətəndaşlarının qəsdən, şəxsi maraqlarını güdərək Qazaxıstanın ərazi sularında ümumi çəkisi 2 min 10 kiloqram olan nərə balığı tutduqlarını bildirib.

Məhkəmə saxlanılanlar barədə altı ay müddətində həbs cəzası ilə yanaşı, beş il müddətində Qazaxıstandan çıxarılmaları barədə qərar qəbul edib.

Bundan başqa, Azərbaycan vətəndaşları dövlətə dəymiş zərəri ödəmək üçün 1 300 dollar cərimə ödəməli olublar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri