14 
Avq
2018
11:25
87
14
1647
Virtual karabakh

BMT baş katibi Xəzərlə bağlı qərarı alqışladı

14 Avq, 2018
11:25
1647

BMT baş katibi Xəzərlə bağlı qərarı alqışladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanmasını alqışlayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə baş katibin mətbuat ofisindən bildiriblər.

Quterreş Aktauda imzalanmış konvensiyanı regional əməkdaşlığın vacibliyini göstərən tarixi sənəd adlandırıb. O, sənədin Xəzəryanı dövlətlər arasında problemlərin nizamlanmasında böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Qeyd edək ki, Xəzər dənizinin statusu haqqında konvensiyanı Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran imzalayıb. Mərasim avqustun 12-də Aktau (Qazaxıstan) şəhərində baş tutub. Konvensiya üzərində 22 il iş aparılıb.

Sənəddə deyilir ki, Xəzər dənizinin ümumi su səthi tərəflərin ümumi istifadəsində qalır. Dib və təbii sərvətlər isə qonşu dövlətlər arasında beynəlxalq hüquq əsasında bölünəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri