14 
Avq
2018
12:34
230
17
1822
Virtual karabakh

İspaniyada gürcü və erməni “oğrular” ələ keçdilər

14 Avq, 2018
12:34
1822

İspaniyada gürcü və erməni “oğrular” ələ keçdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Malaqa əyalətinin Marbelya bələdiyyəsində xüsusi əməliyyat zamanı “qanuni oğrular” – gürcü əsilli David Kardava və “Çia” (“Qurd”) ləqəbli Laşa Barateli saxlanılıb.

Oxu.Az xəbər verir ki, xüsusi əməliyyat barədə Gürcüstan DİN-nin Kriminal polis departamentinin direktoru Vladimir Bortsvadze bildirib.

İspan polislər gürcü oğrulardan başqa, daha doqquz nəfəri saxlayıblar, onlardan biri Ermənistan vətəndaşıdır.

İstintaqın məlumatına görə, mütəşəkkil cinayətkar qrupun üzvləri digər dəstənin üzvlərinin qətlini planlaşdırırmışlar.

Saxlanılmış kriminal avtoritetlər İspaniyada sənədləri saxtalaşdırmaqda, kriminal-cinayətkar qruplaşmaya üzvlükdə və qətl törətmək üçün əlbir olmaqda günahlandırılırlar. Onlar ispan qanunvericiliyi qarşısında cavab verəcəklər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri