14 
Avq
2018
13:52
342
30
10629
Virtual karabakh

Ermənistanda Azərbaycanın qarpızlarından qorxdular

14 Avq, 2018
13:52
10629

Ermənistanda Azərbaycanın qarpızlarından qorxdular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda sosial şəbəkələrdə guya yerli bazarlarda satışa çıxarılan Azərbaycan qarpızları ilə bağlı geniş müzakirələr gedir.

Oxu.Az xəbər verir ki, KİV-də son günlər erməni bazarlarında Azərbaycanda becərilmiş qarpızların böyük partiyasının satışa çıxarılması barədə xəbər yayılıb.  

Bununla əlaqədar Ermənistanın ərzaq təhlükəsizliyi ilə məşğul müfəttişliyi Azərbaycan qarpızlarının bu ölkə ərazisinə gətirilmədiyi barədə bəyanat da verməli olub.

Məlumatda qeyd olunub ki, cari ilin iyul-avqust aylarında Ermənistana qarpız yalnız Gürcüstan və Rusiyadan gətirilib. 

Qeyd edək ki, əvvəllər Ermənistan mətbuatı Azərbaycan qarpızlarının bu ölkəyə Gürcüstan vasitəsilə gətirildiyini yazırdı.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri