14 
Avq
2018
16:16
47
218
6161
Virtual karabakh

Yaşamaq üçün Gürcüstana köçmək istəyənlərin işi çətinləşir

14 Avq, 2018
16:16
6161

Yaşamaq üçün Gürcüstana köçmək istəyənlərin işi çətinləşir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan parlamentinə ölkədə yaşamaq hüququ olmayan əcnəbilərə yaşam icazəsi verilməsi qaydalarının sərtləşdirilməsi ilə bağlı qanun layihəsi daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb. 

“Gürcüstan vətəndaşlarına pasportların və şəxsiyyət vəsiqələrinin verilməsi, Gürcüstanda yaşayan Gürcüstan vətəndaşları və əcnəbilərin qeydiyyatı qaydaları haqqında” Qanunun müəllifləri hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasından Qoça Enukidze İlya Çulaydadır.

“Hələlik bu məsələ ilkin məsləhətləşmələr mərhələsindədir. Müvafiq olaraq, biz məsələni daha dərindən nəzərdən keçirməli və bundan sonra qərar qəbul etməliyik. Əlbəttə, burada balanslaşdırılmış qərar olmalıdır və biz onunla bağlı bütün halları götür-qoy edəcəyik”, - deyə parlament sədri İrakli Kobaxidze bildirib.

2017-ci ilin məlumatına görə, Gürcüstanda 83 mindən çox miqrant var, onların əksəriyyəti kişilərdir.

Miqrantların sayına görə ilk yerdə Rusiya vətəndaşları (9,7 min nəfər) gəlir. Növbəti pillələrdə Türkiyə, Azərbaycan, Hindistan və digərləri qərarlaşıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri