14 
Avq
2018
21:01
49
313
3359
Virtual karabakh

Tramp sabiq köməkçisinə “it” dedi

14 Avq, 2018
21:01
3359

Tramp sabiq köməkçisinə “it” dedi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampın sabiq köməkçisi Omarosa Maniqol-Nyumanın memuarları dərc olunduqdan sonra Ağ Evin sahibi “Twitter” səhifəsində müəllifi kəskin tənqid atəşinə tutub.

Oxu.Az xəbər verir ki, şərhlərin birində Tramp sabiq köməkçisinə “it” deyib. Qeyd edək ki, ötən ilin dekabrında Maniqol-Nyuman Ağ Ev aparatının rəhbəri Con Kelli tərəfindən işdən qovulmuşdu.

“Dəli, ağlayan miskin şəxsə fasilə verdikdən sonra onu Ağ Evdə işlə təmin edirsinizsə, düşünürəm ki, bu elə belə işləmir. General Kellinin bu iti işdən qovması əla təşəbbüsdür”, - Tramp “Twitter”də yazıb.

Bundan öncə, avqustun 13-də, Omaros Maniqol-Nyuman NBC telekanalına Donald Trampla Kellinin onun işdən qovulmasını müzakirə etdikləri söhbətin səs yazısını təqdim etmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri