14 
Avq
2018
21:29
56
104
1559
Virtual karabakh

Lavrov: Xəzər sammitinin məhsuldarlığı “mütləq rekorddur”

14 Avq, 2018
21:29
1559

Lavrov: Xəzər sammitinin məhsuldarlığı “mütləq rekorddur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə nəticələnən “Xəzər beşliyi”nin Qazaxıstandakı görüşü məhsuldarlıq baxımından Xəzərə dair bütün danışılar arasında mütləq rekorddur.

Oxu.Az xəbər verir ki, belə bir bəyanatla Rusiya XİN rəhbəri Sergey Lavrov çıxış edib.

“Beş ölkə prezidentləri mətbuat üçün açıqlamalarında görüşə ən yüksək qiymət veriblər.

“Tarixi” və “böyük” hadisə ifadələri istifadə edildi. Bu, şişirtmə deyil. Praktiki olaraq 22 il iş davam edib. Bu isə asan olmadı.

Əvvəl tam fərqli fikirlər toqquşurdu... Yekunda razılıq əldə edilməsi üçün iradə üstün oldu”, - nazir deyib.

Lavrovun sözlərinə görə, artıq “Xəzərdə əməkdaşlığa dair istənilən məsələnin həlli üçün universal bazis yaradılıb”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri