15 
Avq
2018
02:00
36
285
4909
Virtual karabakh

Dövlət Departamenti: ABŞ-ın Türkiyənin iqtisadi problemlərində rolu yoxdur

15 Avq, 2018
02:00
4909

Dövlət Departamenti: ABŞ-ın Türkiyənin iqtisadi problemlərində rolu yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin iqtisadi problemlərinin Vaşinqtonun Ankaraya qarşı yürütdüyü siyasətlə heç bir əlaqəsi yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bildirib.

“İqtisadçılar sizə deyə bilər: Türkiyədə baş verənlər ABŞ-ın hazırkı siyasəti, həmçinin bu və ya digər davranış çərçivəsi xaricindədir.

İqtisadi problemlər bizim iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq etməyimizdən sonra başlamadı”, - Nauert deyib.

O, həmçinin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Amerikanın elektron məhsullarını boykot edəcəklərinə dair bəyanatını şərh edib: 

“Bunun həqiqətən də baş tutacağını təsdiq edə bilmərəm. Biz bunun Ankaranın real siyasəti olub-olmadığını anlamaq üçün gözləyəcəyik”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri