17 
Avq
2018
19:51
289
46
12807
Virtual karabakh

Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi

17 Avq, 2018
19:51
12807

Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriya XİN rəhbəri Karin Knayslın toyuna qatılacaq Rusiya prezidenti Vladimir Putinin səbəbkara hədiyyəsi kazak ansamblının ifasında mahnılar olacaq.

Oxu.Az xəbər verir ki, Putin özü ilə toya Don Kazak ansamblının 10 üzvünü gətirəcək. 

Daha öncə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, Putin avqustun 18-də Avstriya XİN başçısının toyunda iştirak etməyi planlaşdırır.

Onun sözlərinə görə, prezident Knaysldan toya dəvəti Vyanaya son səfəri zaman alıb.

Toy mərasimi “Gasthaus Tscheppe an der Weinstraße” restoranında təşkil ediləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri