18 
Avq
2018
09:54
181
26
3884
Virtual karabakh

Putin toydan sonra Merkellə görüşəcək - FOTO

18 Avq, 2018
09:54
3884

Putin toydan sonra Merkellə görüşəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya baş naziri Angela Merkel ilə Rusiya prezidenti Vladimir Putin Berlin yaxınlığındakı Meseberq sarayında görüşəcək.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, ilk öncə Avstriyanın Xarici İşlər Naziri Karin Knayslın toyuna qatılmağı planlaşdıran Putin oradan da Almaniyaya yollanacaq.

Putin Merkellə görüş zamanı Donald Trampın inşasına müsbət baxmadığı “Şimali Axın 2” təbii qaz layihəsi və Suriya ilə Ukrayna kimi beynəlxaq problemlərdən danışılacaq.

Qeyd edək ki, Merkel ötən gün Almaniya, Fransa, Türkiyə və Rusiya arasında Suriyanın müzakirə olunduğu iclasın keçiriləcəyini deyib. Görüş sentyabrın 7-də İstanbulda baş tutacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knaysl və Volfqanq Maylingerin toyuna dəvət alıb və buna müsbət cavab verib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri