18 
Avq
2018
12:05
25
404
5180
Virtual karabakh

Türkiyədə 34 maşın toqquşdu, ölən var - VİDEO

18 Avq, 2018
12:05
5180

Türkiyədə 34 maşın toqquşdu, ölən var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İnegöl bölgəsində zəncirvari qəza baş verib.

Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 1 tır, 3 avtobus və 30 avtomobilin toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb.

Qəzaya səbəb maşınlardan birindən yola tökülən mazut olub. Belə ki, avtomobil mazut üzərində sürüşüb və hadisə nəticəsində 34 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə yerinə gələn təcili yardım briqadaları yaralıları xəstəxanaya yerləşdirib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri