18 
Avq
2018
15:38
843
49
6177
Virtual karabakh

Ərdoğan: Türkiyəni əzə bilməyəcəklər

18 Avq, 2018
15:38
6177

Ərdoğan: Türkiyəni əzə bilməyəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə xaricdən təzyiqə görə öz iqtisadi kursunu dəyişməyəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının VI qurultayından əvvəl müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyəyə qarşı iqtisadi təzyiq alətlərindən istifadə edilir.

“Lakin ölkəmiz təyin olunmuş kursu dəyişmək niyyətində deyil. Türkiyəni əzə bilmədilər və bilməyəcəklər”, - Ərdoğan bəyan edib.

Xatırladaq ki, Vaşinqton və Ankara arasında münasibətlər 2016-cı ildə Türkiyədə saxlanılan amerikalı pastor Endryu Bransonun işinə görə pisləşib. 

Avqustun 10-da, Tramp Türkiyədən alüminium və polad idxalına rüsumları müvafiq olaraq, 20 və 50%-dək artırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri