18 
Avq
2018
15:57
537
49
3176
Virtual karabakh

Terrorçular ABŞ hərbçilərinə hücum etdilər

18 Avq, 2018
15:57
3176

Terrorçular ABŞ hərbçilərinə hücum etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD terrorçuları Suriyanın İraqla sərhədində Deyr-əz-Zor vilayətində ABŞ qüvvələrinə üç hücum təşkil ediblər.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücumlar avqustun 18-nə keçən gecə ən böyük neft yataqlarında biri sayılan “Əl-Ömər” rayonuna üç istiqamətdə həyata keçirilib.

Onlarla terrorçunun iştirak etdiyi hücumda minalanmış avtomobillərdən istifadə olunub.

Amerikalı hərbçilər ABŞ-ın başçılıq etdiyi Beynəlxalq Koalisiyanın aviasiyasını köməyə çağırıblar.

Ekstremistlərin əksəriyyəti məhv edilib. Hücum zamanı həmçinin beş dinc sakin ölüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri