19 
Avq
2018
00:47
32
257
5184
Virtual karabakh

Ukraynada raket qurğusu bina ilə toqquşdu

19 Avq, 2018
00:47
5184

Ukraynada raket qurğusu bina ilə toqquşdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın paytaxtı Kiyevdə “Buk” zenit-raket kompleksi şəhərin mərkəzində ofis binası ilə toqquşub.

Oxu.Az xəbər verir ki, bu barədə öz Facebook səhifəsində hadisə şahidi yazıb.

“Bu da sizə parad! Əvvəlcə tank az qala üstümə çıxsın, lakin yaxşı ki, dayandı. Onun arxasınca gələn isə az qala bizi basdalayacaqdı və sonda ofis binası ilə toqquşdu”, - deyə, o yazıb.

Məlumata əlavə olunmuş şəkillərdən zenit qurğusunun bina ilə toqquşması nəticəsində divarda çatlar yarandığı görünür.

Qeyd edək ki, avuqstun 18-də Kiyevdə Ukraynanın Müstəqillik Gününə həsr olunmuş hərbi parada hazırlıq baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri