31 
Avq
2018
09:34
270
24
11589
Virtual karabakh

Tramp: Ərdoğan məni məyus etdi

31 Avq, 2018
09:34
11589

Tramp: Ərdoğan məni məyus etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp deyib ki, Ankaranın həbs edilmiş amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmaması ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan onu məyus edib. 

Oxu.Az xəbər verir ki, o, bu fikirləri “Bloomberg” agentliyinə müsahibəsində deyib. 

“Çox məyus oldum. Görək, vəziyyət necə davam edəcək”, - o bildirib. Müsahibənin əvvəlində Tramp Türkiyə-ABŞ münasibətlərini şərh etmək istəməyib və deyib ki, bu, onun üçün ağrılı problemdir. 

Ankara Bransonu dövlət çevrilişinə cəhddə və casusluqda ittiham edib. O, hazırda ev dustaqlığındadır. Vaşinqton keşişin deportasiyasını tələb etsə də, rədd cavabı alıb. Bundan sonra ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib. Buna cavab olaraq Türkiyə ABŞ-dan idxal olan bütün mallara rüsumlar tətbiq edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri