31 
Avq
2018
21:28
326
55
16354
Virtual karabakh

Zaxarçenkonun qətlinin təfərrüatı məlum oldu - VİDEO + YENİLƏNİB

31 Avq, 2018
21:28
16354

Zaxarçenkonun qətlinin təfərrüatı məlum oldu - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenkonun qətlinin təfərrüatı məlum olub. 

Oxu.Az xəbər verir ki, qondarma respublikanın güc strukturlarındakı mənbə “İnterfaks”a bildirib ki, o, partlayış zamanı aldığı kəllə-beyin travması nəticəsində ölüb. 

Bildirilir ki, Zaxarçenko hadisə yerində ölüb.  

Müvəqqəti olaraq Zaxarçenkonun səlahiyyətlərini “Donetsk Xalq Respublikası” baş nazirinin müavini Dmitri Trapeznikov icra edəcək. 

“RİA Novosti” isə Zaxarçenkonun müşavirinə istinadən məlumat yayıb ki, qətldə şübhəli bilinən şəxslər artıq saxlanılıb. 

Öz növbəsində “Moskovski Komsomolets” nəşri Nezıqar teleqram-kanala istinadən yazıb ki, partlayış müğənni İosif Kobzonun xatirəsinə həsr olunmuş mərasimin keçirildiyi restoranda baş verib. 

19.56

Donetskdə partlayış nəticəsində tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko ölüb. 

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış kafedə baş verib. 

Eyni zamanda bildirilir ki, partlayış nəticəsində separatçı rejimin gəlirlər naziri Aleksandr Timofeyev yaralanıb. 

Qeyd edək ki, A. Zaxarçenko 2014-cü ilin avqustunda “Donetsk Xalq Respublikası”nın Nazirlər Sovetinin rəhbəri seçilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri