13 
Sen
2018
00:54
431
33
9915
Virtual karabakh

“Reuters”: Türkiyə İdlibə qoşun yeritdi

13 Sen, 2018
00:54
9915

“Reuters”: Türkiyə İdlibə qoşun yeritdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ordusu Suriya ilə sərhəddə hərbi mövcudluğunu gücləndirir, habelə Suriya müxalifətinin nəzarətində olan İdlibdə mövqelərini möhkəmləndirir. 

Oxu.Az xəbər veriri ki, bu barədə “Reuters” Türkiyə və Suriya müxalifətindəki mənbələrə istinadən məlumat yayıb. 

Türkiyə güc strukturlarındakı mənbə bildirib ki, türk hərbçiləri İdlib daxilindəki 12 blok-postu möhkəmləndiriblər. Digər üç mənbə isə deyib ki, hərbçilər yalnız Suriya sərhədinə göndərilib. 

“Bizim orada hərbi mövcudluğumuz var. Əgər bizə hücum etsələr, bunu Türkiyəyə hücum kimi qiymətləndirəcəyik və müvafiq hərbi cavab veriləcək”, - deyə mənbə bildirib. 

Suriya müxalifətinin nümayəndəsi Mustafa Seraci isə bildirib ki, İdlibə onlarla döyüş maşını və yüzlərlə xüsusi təyinatlı gəlib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri