14 
Sen
2018
10:49
136
16
2772
Virtual karabakh

VTB sədri Rusiyanın dollar imtinası üçün plan fikirləşib

14 Sen, 2018
10:49
2772

VTB sədri Rusiyanın dollar imtinası üçün plan fikirləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

VTB sədri Andrey Kostin ABŞ valyutasından imtina üçün plan hazırlayıb. 

Oxu.Az xəbər verir ki, o, bununla bağlı “İzvestiya” qəzetinə danışıb. 

Onun sözlərinə görə, yol xəritəsi minimum üç genişmiqyaslı maddədən ibarətdir. Kostin, birinci addım kimi, digər ölkələrlə idxal-ixrac əməliyyatlarının başqa valyuta ilə həyata keçirilməli olduğunu deyib. 

İkinci addım kimi, Rusiyanın nəhəng holdinqlərinin huquqi ünvanı dəyişdirilməlidir. “ABŞ-ın aprel sanksiyaları altına düşən həmkarlarımızdan başa düşdük ki, başqa ölkədə qeydiyyatdan keçmək gələcək planların icrasını çətinləşdirir”, - o deyib. 

Üçüncü maddə kimi, Kostin Rusiyanın avroistiqrazlara ehtiyacını göstərib. 

2017-ci ilin oktyabrında sabiq maliyyə naziri Aleksey Kurdin bəyan edib ki, ABŞ sanksiyaları beynəlxalq hesablaşmalarda rublun istifadəsinə imkan yaradacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri