22 
Sen
2018
18:30
482
92
6229
Virtual karabakh

İran prezidenti Trampa Səddam Hüseynin taleyini “vəd etdi”

22 Sen, 2018
18:30
6229

İran prezidenti Trampa Səddam Hüseynin taleyini “vəd etdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Tehran ABŞ-ın təzyiqlərinə baxmayaraq öz raket proqramından imtina etməyəcək.

Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə İran Dövlət Televiziyasının efirində ölkə prezidenti Həsən Ruhani bəyan edib.

“İran müdafiə vasitələrindən, o cümlədən amerikalıları qıcıqlandıran raketlərdən imtina etmək niyyətində deyil”, - o deyib.

Ruhaninin sözlərinə görə, əgər ABŞ prezidenti Donald Tramp İranla rəqabəti davam etdirsə, Səddam Hüseyn kimi məğlub olacaq. Ruhani 1980-1988-ci illərdə baş verən İran-İraq müharibəsini misal gətirib.

Həmin müharibədə İraq ordusu böyük itkilər verib, ölkənin milli iqtisadiyyat isə ciddi problemlərlə üzləşib. 

İraqın sabiq prezidenti Səddam Hüseyn ABŞ ordusunun ölkəyə daxil olmasından sonra devrilib və 2006-cı ildə İraq məhkəməsinin qərarı ilə edam edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri