25 
Sen
2018
22:37
472
19
7755
Virtual karabakh

Onuncu mərtəbədən düşən uşaq xilas edildi - VİDEO

25 Sen, 2018
22:37
7755

Onuncu mərtəbədən düşən uşaq xilas edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astana sakini yaşayış binasının onuncu mərtəbəsindən düşən altı yaşlı uşağı xilas edib. 

Oxu.Az xəbər verir ki, hadisə sentyabrın 24-də baş verib. 

Uşağı xilas edən 28 yaşlı Artyom Karev həmin binada doqquzuncu mərtəbədə yaşayır. O, səsə eyvana çıxdığını və üst mərtəbədə salanan vəziyyətdə uşağı gördüyünü bildirib. Uşaq aşağı düşəndə, A. Karev onu tuta bilib. 

Uşaq xilaskarı ilə söhbət zamanı deyib ki, evdə tək olub və darıxdığı üçün heyətə düşmək istəyib. Qapı bağlı olduğundan ağcaqanad əleyhinə toru kəsərək aşağı düşməyə başlayıb və bu an hadisə baş verib. 

Uşağın anası isə həmin vaxt binanın heyətində baş verənləri tamaşa etməli olub. Qadının halı pisləşdiyindən qonşular təcili tibbi yardım maşını çağırmaq məcburiyyətində qalıblar. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri