Okt
2018
02:11
143
180
6644
Virtual karabakh

ABŞ nümayəndəsi sözlərini geri götürdü - YENİLƏNİB

3 Okt, 2018
02:11
6644

ABŞ nümayəndəsi sözlərini geri götürdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison Rusiyaya preventiv zərbənin endirilməsi haqqında dediklərinə düzəliş edib. 

Oxu.Az xəbər verir ki, o özünün “Twitter” səhifəsində yazıb ki, “Orta və kiçikmənzilli raketlərin ləğvinə dair müqavilə”ni pozan Rusiya raketlərinin məhvi barədə fikir səsləndirərkən Rusiyaya qarşı preventiv zərbəni nəzərdə tutmayıb.

“Düşünürəm ki, Rusiya bu müqaviləyə riayət etməsə, ABŞ və NATO-nu qorumaq üçün analoji silahımız olmalıdır. Hazırkı durum qəbuledilməzdir”, - deyə o vurğulayıb. 

19.00

ABŞ “Orta və kiçikmənzilli raketlərin ləğvinə dair müqavilə”ni pozan istənilən Rusiya raketini məhv etməyə hazırdır. 

Oxu.Az xəbər verir ki, bu fikirləri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison deyib. 

O bəyan edib ki, əgər Moskva gizli şəkildə qadağan olunmuş qanadlı raket sistemlərini hazırlasa, Vaşinqton həmin silahları tətbiqə başlamazdan əvvəl vuracaq. 

Onun sözlərinə görə, ABŞ Rusiyanın razılaşmanı pozduğunu bilir və sübutlar da var. 

Rusiya tərəfi amerikalı nümayəndənin fikirlərinə hələlik reaksiya göstərməyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri