Okt
2018
12:57
604
45
7777
Virtual karabakh

Rusiya rəsmən dollardan imtina edir

3 Okt, 2018
12:57
7777

Rusiya rəsmən dollardan imtina edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hökuməti Rusiya iqtisadiyyatında dollardan istifadədən imtina olunması ilə bağlı layihə hazırlayır. Layihə 1-2 həftədən sonra baş nazir Dmitri Medvedev tərəfindən təsdiqlənəcək. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Bell” nəşri üç mənbəyə istinadla məlumat yayıb. 

Məsələnin müzakirəsində iştirak edən mənbələrdən biri deyib ki, hökumət dollarla hesablaşmaları qadağan etməyəcək.

Təşəbbüs ilk növbədə milli valyutada ödənişlər üçün imkanlar yaradılmasına, valyuta mübadiləsinin asanlaşdırılmasına və valyuta qanunvericiliyinin liberallaşdırılmasına yönəldilməlidir.

Layihəyə əsasən, Rusiyanın Çin və Avropa Birliyi ilə hesablaşmaları yuan və avro, Avropa İqtisadi Birliyi ilə isə rublla aparılacaq. 

Oktyabrın 2-də Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin deyib ki, Vladimir Putin onun Rusiya iqtisadiyyatının dollarsızlaşdırılma təklifini tam dəstəkləyir. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri