Okt
2018
19:20
296
30
7250
Virtual karabakh

Lukaşenko: Kişi kimi yox oluruq

5 Okt, 2018
19:20
7250

Lukaşenko: Kişi kimi yox oluruq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus prezidenti Aleksandr Lukaşenko hərbi xidmətdən möhlət saylarının çox olmasından gileylənib. 

Oxu.Az BelTA-ya istinadən xəbər verir ki, o bildirib ki, ölkədə həqiqi hərbi xidmətə çağırılmalı olan gənclərdən 80 faizində möhlət hüququ var.

“Biz özümüz elə qərarlar qəbul etdik ki, insanlar qanunla hərbi xidmət keçə bilmirlər. Bu, normal deyil. Bilirsiniz, biz bir kişi kimi yox oluruq”, - deyə o vurğulayıb.

Lukaşenko müharibə olacağı təqdirdə bir çoxlarının hətta silahla davrana bilməyəcəyindən gileylənib. 

Prezident bildirib ki, hakimiyyət kişiləri heç olmasa özlərini və ailələrini qorumağı necə öyrətmək barədə düşünəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri