Okt
2018
15:11
128
28
2832
Virtual karabakh

Türkiyə səudiyyəli jurnalistin itkin düşməsini araşdırır - YENİLƏNİB

9 Okt, 2018
15:11
2832

Türkiyə səudiyyəli jurnalistin itkin düşməsini araşdırır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında jurnalist Camal Kaşıklının itkin düşməsi ilə bağlı axtarış aparılacaq. 

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“Vyana konvensiyasına əsasən, ölkədəki diplomatik nümayəndəliklər toxunulmazdır. Ancaq Səudiyyə Ərəbistanı əməkdaşlıq təklifimizi qəbul edib və konsulluqda axtarış işlərinin aparılmasına razılıq verib”, - Aksoy bildirib. 

14:34

Türkiyə hökuməti Səudiyyə Ərəbistanından olan tanınmış müxalif jurnalist Camal Kaşıkçının itkin düşməsini detallı şəkildə araşdırır. 

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının mətbuat katibi Ömər Çelik deyib. 

“Biz səudiyyəli jurnalistin itkin düşməsinə yüksək həssaslıqla yanaşırıq. Bu iş detallı şəkildə araşdırılır”, - Çelik bildirib. 

Xatırladaq ki, Camal Kaşıkçı Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyinin binasına girdikdən sonra yoxa çıxıb. Kaşıkçının adı mediaya açıqlanmayan həyat yoldaşı bildirib ki, ərini konsulluq sənədlərin rəsmiləşdirilməsi üçün çağırıb. Ancaq qadını binaya buraxmayıblar. Beş saat sonra konsulluq işçilərindən biri Camalın artıq getdiyini bildirib. 

Konsulluq binasına girdikdən sonra qadın həyat yoldaşı ilə əlaqə yarada bilməyib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri