11 
Okt
2018
14:26
99
35
6015
Virtual karabakh

“Soyuz” raketinin buraxılışı zamanı qəza - VİDEO

11 Okt, 2018
14:26
6015

“Soyuz” raketinin buraxılışı zamanı qəza - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz” raketinin buraxılışı zamanı qəza baş verib.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, “Soyuz MC-10”un göyərtəsində MKS-57/58 missiyasının üzvləri rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq olub.

Bildirilir ki, uçuşun 119-cu saniyəsində birinci pillənin yan bloklarının ikinci pillənin mərkəzi blokundan ayrılması zamanı ikinci pillənin mühərrikləri sönüb. Bundan sonra qəza mayakı işə düşüb və paraşüt açılıb.

Ekipaj üzvləri Qazaxıstanda qəza enişi ediblər.

Raket-kosmik sahəsinə yaxın mənbə “İnterfaks” nəşrinə bildirib ki, qəzaya mərkəzi bloka sürətləndiricilərin yaxşı bərkidilməməsi səbəb ola bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Soyuz MC-10” gəmisinin qəzasını şərh edib.

“Çox şükür ki, kosmonavtlar sağ qalıb. Yaxşı ki, təhlükəsizlik sistemi və ekipaj üzvləri düzgün işləyib”, - Peskov deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri