11 
Okt
2018
16:19
315
19
4306
Virtual karabakh

Ərdoğan: Susa bilmərik

11 Okt, 2018
16:19
4306

Ərdoğan: Susa bilmərik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstana səfərini başa vuran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə açıqlama verib. 

Oxu.Az Newsru.co.il portalına istinadla xəbər verir ki, Ərdoğan mətbuat konfrası zamanı əsas diqqəti səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının itkin düşməsinə çəkib. 

“Biz bu məsələni araşdırırıq. Bu vəziyyətdə Türkiyə susa bilməz”, - dövlət başçısı deyib. 

O, Səudiyyə tərəfində kamera qeydlərinin olmaması ilə bağlı açıqlamaya şübhə ilə yanaşdığını bildirib. 

“Təsəvvür edə bilərsiniz ki, orada kameralar yoxdur?”, - o soruşub. 

Xatırladaq ki, oktyabrın 2-də müxalif jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri