11 
Okt
2018
19:26
184
60
6160
Virtual karabakh

Dünyanın ən bahalı qırıcılarının uçuşları dayandırıldı

11 Okt, 2018
19:26
6160

Dünyanın ən bahalı qırıcılarının uçuşları dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pentaqon beşinci nəsil F-35 qırıcılarının uçuşlarının dayandırılması haqqında göstəriş verib.

Oxu.Az xəbər verir ki, səbəblərdən biri kimi təyyarələrin yanacaq sistemində nasazlığın mümkünlüyü göstərilir.

Bu üzdən də ABŞ ordusunda olan, habelə digər orduların istifadəsində olan F-35 qırıcılarının hamısı yoxlanılacaq. 

Yoxlanmanın 1-2 günə yekunlaşacağı bildirilir. 

Qeyd edək ki, müvafiq qərarın qəbuluna sentyabrın 28-də ABŞ-da F-35B qırıcısının qəzaya uğraması səbəb olub. 

Lockheed Martin F-35 Lightning II qırıcılarının yaradılması proqramı silah istehsalı tarixinə ən bahalı proqram kimi düşüb. ABŞ bu proqramın icrasına 1,5 trilyon dollar vəsait xərcləyib.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri